Şəmkirin Sərxan kəndində partlayış baş verib. Unikal məlumat verir ki, kənd sakininə məxsus yarımtikilidə olan qaz balonu partlayıb. Hadisədən sonra yarımtikilidə yanğın başlayıb.
Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yarımtikilinin qalan hissəsi mühafizə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.