top
Şəhid xanımı: “Son sözü bu oldu ki, hər şeyə hazır ol” – MÜSAHİBƏ
01 noyabr 2024, 09:00
- ↺ +

Şəhid xanımı: “Son sözü bu oldu ki, hər şeyə hazır ol” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 


44 günlük Vətən müharibəsində Azərbaycan oğulları qəhrəmanlıq göstərdi, torpağımızın işğaldan azad edilməsi yolunda gözlərini qırpmadan canlarından keçdilər. Belə igidlərimizdən biri də şəhid polkovnik-leytenant Vidadi Xəlilov olub.

Bu gün onun şəhadətə ucalmasından dörd il ötür. Bu münasibətlə İnsanoid.com–un əməkdaşı şəhidin həyat yoldaşı Nərmin Xəlilova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Nərmin xanım, həyat yoldaşınız Vidadi haqqında məlumat verməyinizi istərdim.

– Vidadi Vaqif oğlu Xəlilov 1982-ci ilin iyulun 16-da Göyçay rayonunda anadan olub. Rayondakı 3 saylı tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini başa vurduqdan sonra zabit kimi orduda çalışıb. Leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant rütbələrinə layiq görülüb. Polkovnik-leytenant rütbəsində döyüş hazırlığı rəisi təyin olunub.

Vətən müharibəsinin ilk günlərindən Vidadi Xəlilov Murovdan başlayaraq Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub. Oktyabrın 31-də Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

– Vidadinin uşaqlıqdan hərb sahəsinə marağının olduğunu dediniz.

– Hərbini çox sevirmiş. Onun babası Böyük Vətən Müharibəsində iştirak edib. Hər zaman babası ilə fəxr edirdi. Hərbiyə sevgisi də babası ilə bağlıdır. Həmişə zabit olacağını deyirmiş. 12 il evli olduğumuz müddət ərzində bir dəfə də olsun, ondan yoruldum sözünü eşitmədim. 24 saatın elə bir anı olmayıb ki, biz yollarda olmayaq.

– Sonuncu görüşünüzdən bəhs edərdiniz.

– Onlar təlimdə idilər. Sentyabrın 27-dən əvvəl getmişdi. Biz Gəncədə yaşayırdıq. Gəncə bombalananda Vidadi evdə yox idi. Sonradan bizi Göyçaya apardı. Harada olduğunu bilmirdik. Daha sonra evə gəldi. Son görüşdə uşaqları bərk qoxuladı, dərindən nəfəs aldı. Son sözü bu oldu ki, “hər şey yaxşı olacaq. Lakin hər şeyə hazır ol”. Sanki məni uzun bir yola hazırlayırdı. Həmişə deyirdi ki, “mən qalib ölkənin qalib zabiti olmaq istəyirəm”.

Müharibədə onunla nadir hallarda, bir neçə həftədən bir telefon əlaqəsi saxlaya bilirdik. Danışanda həmişə deyirdi ki, “sən zabit yoldaşısan, hər şeyə hazır olmalısan”. O deyirdi ki, “mən heç vaxt özümdən aşağı rütbəliləri önə verib, arxada dura bilmərəm. Bu mənə və zabit şərəfinə yaraşmaz”. Elə bil içimə hiss dolmuşdu ki,  o şəhid olacaq…

Düşünürəm ki, hər kəs bu dünyadan köçəcək, amma hər kəs tarixdə yaşamayacaq. Vidadi yaşayır. Tarix boyu yaşayacaq. Hər gün Şəhidlər xiyabanını ziyarət edirəm. Oranı and yerimizə çevirmişik.

“Qızımın doğum günündə gələcəyini düşünürdüm”

– Mən onun yoxluğunu hələ də qəbul edə bilməmişəm. Noyabrın 15-də, qızımın doğum günündə gələcəyini düşünürdüm. O gündən sonra ümidim yox oldu.

Onun müharibədən gələcəyinə inanırdım. Tam fərqli arzularım var idi. Deyirdim, yeddi qurban kəsərəm. Qazi gəlsin, amma gəlsin. Övladları nəfəsini hiss etsinlər. Lakin gəlmədi. O, övladlarına geri dönmədi. Qadın xoşbəxtliyim, gəncliyim məhv olub. Amma xoşbəxtəm ki, anayam.

– Övladları atalarını necə xatırlayırlar?

– Onlar atalarını sanki 30 il görüblər. Qızım atasını 11 il, oğlum 8 il gördü. Onlar atalarını 30 ilə bərabər xatırlayırlar. Hər gün yad olunur. Onun oturuşu, duruşu yad edilir. Vidadi boş vaxtını ailəsinə ayırırdı. Uşaqları ilə gözəl vaxt keçirirdi.

Qızım Zəhra hazırda 10-cu, oğlum Vaqif isə 5-ci sinifdə oxuyur. Qızım tanınmış vəkil, oğlum isə futbolçu olmaq istəyir. Onlar atalarına layiqli böyüməyə çalışırlar.

Qeyd: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Vidadi Xəlilov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edildib. “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Nəzrin Vahid


Son xəbərlər

Tarix
Bu gün, 00:05

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Tarix
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Bütün xəbərlər
Dünən, 15:45

Sabiq deputat "Şərəf" ordeni ilə təltif edilib

Bütün xəbərlər
Dünən, 13:25

Gəncədə isti hava davam edəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:14

Gəncədə qanunsuz tikintilərə qarşı MONİTORİNQ

Bütün xəbərlər
Dünən, 10:26

Vətən müharibəsinə könüllü qatılan gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Dünən, 09:46

Arvadını evi təmiz saxlamadığına görə döydü, CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
16 oktyabr 2026, 20:24

Gəncəlilər hər axşam zəhərli tüstünün təsirinə məruz qalırlar

Bütün xəbərlər
16 oktyabr 2026, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
16 oktyabr 2026, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
16 oktyabr 2026, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
16 oktyabr 2026, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
16 oktyabr 2026, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
16 oktyabr 2026, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
16 oktyabr 2026, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
16 oktyabr 2026, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
16 oktyabr 2026, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
16 oktyabr 2026, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
16 oktyabr 2026, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Oxşar xəbərlər