top
Rusiyada tutulan GƏNCƏLİ yardım istəyir
19 sentyabr 2025, 16:09
- +

Rusiyada tutulan GƏNCƏLİ yardım istəyir

Rusiyada yaşayan, əslən Gəncədən olan Aleksey Letunov sənədlərinin olmaması səbəbilə tutulub. O, hazırda Moskvanın Xarici Vətəndaşların Saxlanma Mərkəzindədir.

Gencexeber.az-ın məlumatına görə, Letunov Aleksey Nikolayeviç 28 dekabr 1977-ci ildə Gəncə şəhərinin (keçmiş Kirovabad) Kəpəz rayonunda dünyaya gəlib. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə anası ilə birlikdə aerodrom yerləşən hərbi hissənin ərazisində — Sportivnaya küçəsində yaşayıb. Qadın hərbi qulluqçular üçün yemək bişirən aşpaz işləyib. Aleksey isə orta ixtisas təhsili almaq məqsədilə Gəncədəki Çini qablar zavodu yaxınlığındakı peşə məktəbinə qəbul olunub. Elektrik ixtisası üzrə oxusa da, 4 ay sonra təhsilini yarımçıq qoyaraq ailəsinə maddi yardım göstərmək üçün işləməyə başlayıb. 

1996-cı ildə hərbi hissədəki qulluqçuların köməyi ilə o, doğum şəhadətnaməsi əsasında Azərbaycanı tərk edərək Rusiyanın Saratov şəhərinə köçüb. Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Aleksey nə Azərbaycan, nə də Rusiya vətəndaşlığını əldə edib. Bu səbəbdən bütün illər ərzində sənədsiz yaşayıb.

Onun atası ilə 6 yaşından əlaqəsi olmayıb, anası isə vəfat edib. Hazırda qohumlarından yalnız ögey qardaşı Sergey Vasilyeviç Balanda (1956-cı il təvəllüdlü) həyatda qalıb. Həmin şəxs Rusiyanın Smolensk vilayətinin Uqranski rayonunun Baskakovka kəndində yaşayır. 

Aleksey Letunov bu ilin 8 iyul tarixində Moskvanın Tverskoy rayon polis idarəsi tərəfindən sənədləri olmadığı üçün tutulub. Kişi müvəqqəti olaraq yerləşdirildiyi Xarici Vətəndaşların Saxlanma Mərkəzində iki aydan çoxdur qalmaqdadır. Burada o, iki ilə qədər saxlanıla bilər. Daha sonra sərbəst buraxılsa belə, sənədlərinin olmaması səbəbindən yenidən saxlanılmaq təhlükəsi var.

Letunov etibarlı mənbələrimiz vasitəsi ilə redaksiyamıza bildirib ki, Azərbaycandan və onu tanıya biləcək şəxslərdən kömək istəyir. O, doğma yurduna — Gəncəyə qayıtmaq arzusunda olduğunu açıqlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:05

Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

59 yaşlı qadın 23 ildən sonra ana oldu

Bütün xəbərlər
Dünən, 17:25

"Kəpəz" borc içində batır

Bütün xəbərlər
Dünən, 16:44

Aysun İsmayılova efirdən anasına səslənib AĞLADI

Bütün xəbərlər
Dünən, 16:16

Meyit donordan ürək köçürülən şəxsin son durumu

Bütün xəbərlər
Dünən, 15:38

Bu gün qəhrəman gəncəli şəhidimizin doğum günüdür!

Bütün xəbərlər
Dünən, 15:02

Gəncədə yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Dünən, 14:27

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:17

"3 və daha çox uşağı olanlar pensiyaya tez çıxsın" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 12:48

Gəncə beynəlxalq təlimə ev sahibliyi edəcək

Bütün xəbərlər
Dünən, 11:59

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Bütün xəbərlər
Dünən, 11:18

37 yaşlı vəkil "Həmdəm"də öldü

Bütün xəbərlər
Dünən, 10:51

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gənclə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 10:13

Şəmkirli generala şabalıd baha başa gəldi

Bütün xəbərlər
Dünən, 09:42

Qafqazın ən qədim parkında təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə iki piyadanı maşın vurdu

Bütün xəbərlər
Dünən, 08:55

Gəncədə 15 yaşlı oğlan çay dərəsinə düşdü

Bütün xəbərlər
Dünən, 07:30

Gəncə Şəhər İcra Hakimiyyətində YOXLAMA APARILIR

Bütün xəbərlər
Dünən, 00:01

5 noyabr 2020-ci il: Vətən müharibəsinin 40-cı günü

Bütün xəbərlər
04 noyabr 2025, 18:00

Gəncədə konsert keçiriləcək

Bütün xəbərlər
04 noyabr 2025, 17:41

Tanınmış gəncəli həkim 59 yaşında vəfat etdi

Bütün xəbərlər
04 noyabr 2025, 17:28

Gənc qız burun əməliyyatı zamanı komaya düşüb

Bütün xəbərlər
04 noyabr 2025, 16:54

11-ci sinif şagirdi həbs edildi

Oxşar xəbərlər