Türkiyənin yeni Baş konsulu Gəncədə kolleci ziyarət edib. Bu haqda 3 fevral tarixində Səhiyyə Nazirliyinə istinadən məlumat veririk.
Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinə baş çəkib. O, burada yaradılan şəraitlə tanış olub. Kollecin direktoru Mehman Rzayev türkiyəli diplomata ətraflı məlumat verib.
Baş konsul kollecdə keçirilən dərslərin səviyyəsindən və tələbələr üçün yaradılan şəraitdən məmnunluğunu bildirib. Həmçinin bildirilib ki, təhsil ocağı Türkiyənin tibb sahəsində çalışan qabaqcıl müəssisələri və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.