“Qarabağ”ın baş məşqçisi Gəncəyə gəlib. Bu haqda 4 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz”lə oyun üçün şəhərimizə yollanıb. Ağdam klubunu yerli azarkeşlər xoş qarşılayıblar. Onlar futbolçularla və məşqçi heyəti ilə görüşüblər.
Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin raket hücumu nəticəsində valideynlərini itirən balaca Nilayla da görüşüb.