Gəncədə partlayış olub. Bu haqda 14 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhər ərazisindəki evlərin birində baş verib. 35 yaşlı T.Seyidova otağında işığı yandıran zaman qaz sobasında sızma olduğu üçün ani alovlanma olub. Bu vaxt partlayış baş verib.
Nəticədə qadın bədəninin müxtəlif nahiyələrinin I və II dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.