Qazax Olimpiya İdman Kompleksində cüdo üzrə yarış keçirilib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, təşkil edilən region birinciliyində Uşaq Gənclər İdman Məktəbinin yetirmələri uğurlu çıxış ediblər.
Belə ki, 15 yaşdan kiçik yeniyetmələrin yarışında Həsənova Fidan (-48 kq) və Hacıyeva Məryəm (-36 kq) 1-ci yerə, Kərimova Aysun (-28 kq) isə 2 yerə layiq görülüblər.
Həmçinin 18 yaşlı yeniyetmələr arasında Allahverdiyev Rafael (-46kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. İdmançıların məşqçi-müəllimləri İlkin Nəbiyevdir.