top
Qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı
15 aprel 2026, 10:33
- +

Qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.

Teleqraf.аz xəbər verir ki, rayonun kəndlərindən birində 1993-cü il təvəllüdlü Kəmalə həmkəndlisi Fəridlə (adlar şərtidir) sevgi münasibətində olub.

Bir müddət sonra Fərid ailəsinin təkidi ilə başqa bir qadınla evlənib və bu səbəbdən Kəmalə ilə münasibətlərinə son qoyub. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.

Kəmalə Fərid və onun yaxınlarından qisas almaq qərarına gəlib. Bu məqsədlə o, ötən il sentyabrın 29-da kənd qəbiristanlığına gedərək Fəridin mərhum atası Mirzənin qəbirdaşına üzərində təhqiredici ifadələr yazılmış karton plakat asıb.

Bununla kifayətlənməyən qadın qəbirdaşına zərər verib və mərmərdən hazırlanmış gülqabını sındırıb.

Faktla bağlı Kəmalə barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (qəbir üzərində təhqiredici hərəkətlər) ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fəridi 2018-ci ildən tanıyır və onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam edib. Onun sözlərinə görə, Fərid 2024-cü ilin fevralında ailə həyatı qursa da, onunla əlaqəni tam kəsməyib.

Kəmalə qeyd edib ki, sonradan Fəridin həyat yoldaşı Günel və anası Sona tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalıb.

Cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Kəmalə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə zərərçəkmişin mülki iddiasını qismən təmin edib. Təqsirləndirilən şəxsdən 80 manat maddi ziyan, 400 manat vəkil xərci, 35 manat dövlət rüsumu və 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 1 015 manat məbləğində vəsaitin ödənilməsi qərara alınıb.

Mülki iddianın qalan hissəsi təmin edilməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər