Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 16 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə 36 yaşlı qadının kirayə qaldığı evdə qeydə alınıb. Şəhər sakini G. Abdullayeva yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.
Qadın bir neçə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.