Gəncədə qeyri-adi hadisə baş verib. Bu haqda 22 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Şəhər sakini Sultan Məmmədov (ad-soyad şərtidir) 2 ildən artıq sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gündən sonra bu hal yenidən təkrarlanıb.
Valideynlərinin qapıdan qaytarıldığını görən gənc sevdiyi qızın qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib.
Əraziyə 4-cü Polis Bölməsinin əməkdaşları gəliblər və S.Məmmədov bölməyə aparılıb. Burada ondan qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc imza atmaqdan imtina edib və müqavimət göstərib.
Bundan sonra onun barəsində protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə oğlana 8 sutka inzibati həbs cəzası verilib.