top
“Onunla qeyri rəsmi ər-arvad münasibətində olmuşam” - MƏHKƏMƏ
07 dekabr 2024, 13:00
- ↺ +

“Onunla qeyri rəsmi ər-arvad münasibətində olmuşam” - MƏHKƏMƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncə şəhərində 1998-ci il təvəllüdlü İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.аz-ın əldə etdiyi məlumata görə, hadisə 19 fevral 2023-cü ildə baş verib. İslam həmin gün axşam saatlarında qeyri rəsmi ər-arvad münasibətində olduğu Xalidə ilə ailə daxili münasibətlər zəminində yaranmış mübahisə zamanı onu yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin oktyabr ayında Xalidə ilə “TikTok" sosial şəbəkəsində tanış olub və aralarında sevgi münasibətləri yaranıb.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, heç bir yerdə işləmir və evdar qadındır: “İslam ilə təxminən hadisədən 5 ay əvvəl tanış olmuşam. Onunla qeyri rəsmi ər-arvad münasibətində olmuşam. Hadisə günü, axşam saatlarında yaşadığımız evdə olan zaman İslam mənə ev işlərini görməyimi bildirdi, mənimlə mübahisə etdi. Məni nalayiq ifadələr ilə söyüb təhqir etdi. Sonra isə üzərimə gələrək əl və ayaq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq məni döydü. Həmin zaman evdə bizdən başqa İslamın atası Cəlil və dostu Vüsal adlı şəxs olub”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslam aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il keçir

Tarix
Bu gün, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

17 oktyabr 2020: Vətən Müharibəsinin 21-ci günü

Bütün xəbərlər
Dünən, 17:00

Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
Dünən, 16:03

Gəncədə səki taxta qapılarla zəbt olunur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:48

Gəncədə sabah da 31 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:53

74 yaşlı kişi güllələnərək öldürüldü, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:35

Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır - AQTA sədri

Bütün xəbərlər
Dünən, 12:16

Hərbçilərin əməkhaqları artırılır

Bütün xəbərlər
Dünən, 11:43

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 11:25

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Bütün xəbərlər
Dünən, 11:01

Gəncədə dayanacaqlar yuyularaq təmizlənib

Bütün xəbərlər
Dünən, 09:37

Təqaüdçünün evinə basqın edənlər qərardan NARAZIDIR

Bütün xəbərlər
Dünən, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
15 oktyabr 2026, 17:22

Bir həyət, iki mənzərə: Gəncədə abadlıq işləri yarımçıq qalıb

Bütün xəbərlər
15 oktyabr 2026, 15:58

Gəncədə son 11 ildə gənclərin sayı 17,7% AZALIB

Bütün xəbərlər
15 oktyabr 2026, 14:35

MAXE olmaq istəyən gəncəlilərin nəzərinə

Bütün xəbərlər
15 oktyabr 2026, 14:02

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
15 oktyabr 2026, 12:30

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Bütün xəbərlər
15 oktyabr 2026, 12:02

İkinci qrup əlil Gəncədə 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Bütün xəbərlər
15 oktyabr 2026, 10:38

Gəncədə bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymur

Bütün xəbərlər
15 oktyabr 2026, 10:06

Nüsrət Kəsəmənlinin anım günüdür

Bütün xəbərlər
15 oktyabr 2026, 09:00

Almaniya səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
15 oktyabr 2026, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Oxşar xəbərlər