Gəncədə səyyar görüş keçirilib. Bu haqda 16 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov 25 saylı tam orta məktəbdə vətəndaşları qəbul edib. Onunla birgə görüşdə millət vəkili Pərvin Kərimzadə, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Onların arasında işlə təminat, maddi yardımın göstərilməsi, içməli su xəttinin çəkilməsi, müalicə və s. məsələlər üstünlük təşkil edib.
Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri həll edilməsi üçün qeydiyyata götürülüb.