Gəncədə yeməkxanaların birində nöqsanlar aşkarlanıb. Bu haqda 16 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
AQTA müfəttişləri şəhər ərazisində monitorinq keçiriblər. Nəticədə Heydər Əliyev prospekti, 149 ünvanında yerləşən "Neptun" yeməkxanasında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları aşkarlanıb.
Qayda pozuntuları ilə bağlı müvafiq tədbirlər görülüb.