Gəncə şəhər birinciliyi baş tutub. Bu haqda 15 iyul tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
“ECC First Road 4 MMA” turniri "Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi”nə həsr olunub. Gəncə şəhər açıq birinciliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan MMA Grappling Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Burada yeniyetmələr, gənclər və böyüklər mübarizə aparıblar. Tədbirə Şəmkir, Şamaxı, Göygöl, Gəncə, Bərdə və Gədəbəy rayonlarından ümumilikdə 130 idmançı qatılıb.
Sonda qaliblər diplom və medallarla mükafatlandırılıblar.