Mingəçevirdə xəstəxanaya təyinat olunub.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının məlumatına əsasən, səhiyyə ocağına yeni direktor təyin edilib. Sözügedən vəzifə Ülfət Qurbanova həvalə olunub.
Qeyd edək ki, Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura oxuyub. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini və baş həkim vəzifələrində çalışıb.