Ölkənin birinci xanımı gəncəli parataekvondoçu ilə bağlı post paylaşıb.
Birinci vitse-prezident Mehriban Əliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilova təbriklərini çatdırıb. Birinci xanım ona yeni qələbələr arzulayıb.
“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal! Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”, – deyə Mehriban xanım paylaşımında qeyd edib.
Xatırladaq ki, Cavad xan yurdunun yetirməsi İmaməddin Xəlilov ölkə tarixində Olimpiya oyunlarında qızıl medal qazanan ilk parataekvondoçumuzdur.