top
Maşınla qadını vuraraq öldürən şəxslə bağlı protest verildi, məhkəmə təmin etmədi
30 dekabr 2025, 12:04
- ↺ +

Maşınla qadını vuraraq öldürən şəxslə bağlı protest verildi, məhkəmə təmin etmədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Coşqun Tağıyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
İttihama görə, təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
Hadisə 14 sentyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri ərazisində baş verib. Coşqun Tağıyev ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə şəhərində yerləşən "Bazarstore" marketinin yaxınlığında hərəkətdə olarkən müvafiq qanunun tələblərini pozub.

Belə ki, yol hərəkətinin digər iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı olduğu halda lazımi diqqət göstərməyib. Nəticədə avtomobil yolun ortasında dayanmış piyada Gülnaz Süleymanovanı vurub. Aldığı xəsarətlər nəticəsində qadın 16 sentyabr 2024-cü ildə müalicə olunduğu xəstəxanada vəfat edib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Coşqun Tağıyevə təyin edilmiş cəzanın müvafiq maddənin sanksiyası çərçivəsində daha ağır həddə müəyyən edilməsini xahiş edib.

Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti  təmin edilməyib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
Dünən, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
Dünən, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
Dünən, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
Dünən, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
Dünən, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Bütün xəbərlər
Dünən, 10:52

Gəncəli kriminal avtoritet həbsdə öldü

Bütün xəbərlər
Dünən, 10:10

Gəncə Dövlət Filarmoniyasının qurucusunun anım günüdür

Bütün xəbərlər
Dünən, 09:40

Gəncədə güclü külək budağı avtomobillərin üzərinə aşırdı

Bütün xəbərlər
Dünən, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
24 noyabr 2026, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
24 noyabr 2026, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
24 noyabr 2026, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
24 noyabr 2026, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
24 noyabr 2026, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
24 noyabr 2026, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
24 noyabr 2026, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
24 noyabr 2026, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
24 noyabr 2026, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
24 noyabr 2026, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Oxşar xəbərlər