Gəncə sakinləri oğurluq üstündə saxlanılıblar. Bu haqda 16 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
3-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakinləri R.Qasımov və İ.Əliyev saxlanılıblar.
Onlar şəhər ərazisində “Khazar” markalı bir avtomobildən monitor, siqnalizasiya və GPS qurğularını oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.