Gəncədə tikinti ilə bağlı tender keçirilib. Bu haqda 12 iyul tarixində Fed.az-a istinadən məlumat veririk.
Bir neçə ay öncə şəhərimizdə yeni yarımstansiyanın tikiləcəyi barədə xəbər paylaşmışdıq. Bununla bağlı “Azərişıq” ASC tərəfindən “Gəncə şəhərində 110/35 kV-luq 2x40 MVA gücündə "Mərkəz" yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri” tenderi təşkil olunub.
Müsabiqənin qalibi “Smart Energy Services” ASC olub. Şirkətlə 15 603 262 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, ASC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir.