Gəncədə yeni yarımstansiya tikiləcək. Bu haqda 9 aprel tarixində Report-a istinadən xəbər veririk.
Şəhərimizdə "Mərkəz" yarımstansiyasının inşası planlaşdırılır. Bununla bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, yarımstansiya 110/35 kilovoltluq 2x40 meqavatamper gücündə olacaq. Tikinti işləri üçün 16 milyon manatadək vəsait ayrılıb.