Gəncə şəhər Mikayil Müşfiq adına 14 nömrəli tam orta məktəbin komandası yarışda iştirak edib. Bu haqda 8 iyul tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
“Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışının Ümumrespublika final mərhələsi keçirilib. 14 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb. 7 nəfər şagirddən ibarət olan komandanın hərbi rəhbəri Canpolad Abbasov olub.
Final mərhələsində Azərbaycan Respublikasını 18 komanda və Rusiya, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikalarının komandaları təmsil ediblər.