Gəncədə güləş üzrə turnir baş tutub.
Gencexeber.az məlumat verir ki, "Təhsil" RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən "8 Noyabr Zəfər Günü" münasibətilə sərbəst güləş üzrə yarış keçirilib.
Göygöl şəhər İbrahim Hüseynov adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Zəka Vüqar oğlu Rüstəmov gərgin keçən turnirdə bütün rəqiblərini üstələyərək qalib olub. Yeniyetmə medal və diplomla təltif olunub.