Gəncədə oğurluq üstündə iki nəfər tutulub. Bu haqda 7 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Baş Polis İdarəsinin əməkdaşları tədbirlər keçiriblər. Nəticədə şəhər ərazisindəki köşkdən 320 manat və ümumi dəyəri 6680 manat olan əmtəə məhsullarını oğurlayan iki şəxs saxlanılıb.
Həmin şəxslər - A.Əliyev və M.Babayev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.