Gəncə sakinləri qanvermə aksiyasında iştirak edə biləcəklər. Bu haqda 5 yanvar tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Şəhərimizdə "Qan ver, həyat xilas et" şüarı altında könüllü qanvermə aksiyası təşkil olunacaq. Aksiya 13 iyun tarixində saat 10:00-dan 16:00-a kimi Mərkəzi Qan Bankının bölməsində olacaq.
Tədbir 14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr olunub. Donorlardan toplanan qan talassemiyadan əziyyət çəkən xəstələrə istifadə olunacaq.