Gəncə sakini silah üstündə tutulub. Bu haqda 18 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
4-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini E.Vəliyev saxlanılıb. Ondan nömrəsi silinmiş “AKM” markalı avtomat silahı və 1 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.