Gəncə sakini oğurluq üstündə tutulub. Bu haqda Gencexeber.az-a 4 fevral tarixində məlumat daxil olub.
Bakının Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73.800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub. 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Dəyanət Kərimli saxlanılıb.
O, oğurluq əməlində şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.