Gəncədə oğurluq edən şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 17 yanvar tarixində məlumat verir.
Gəncə Xətt Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini Gülşad Ağasiyev saxlanılıb. O, Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanmasına görə tutulub.
Faktla bağlı araşdırma aparılır.