“Kəpəz”də klubdaxili iclas keçirilib. Bu haqda 14 fevral tarixində BizimMedia.az-a istinadən xəbər veririk.
İclasda komandanın son turlardakı uğursuz nəticələri müzakirə olunub. Rəhbərlik baş məşqçi Tərlan Əhmədovu postunda saxlamağa qərar verib.
Əhmədova daha bir neçə tur şans vermək məqsədəuyğun hesab edilib. Qarşıdakı matçlarda qeydə alınacaq nəticələrdən asılı olaraq, onun komandadakı gələcəyinə aydınlıq gələcək.
"Kəpəz"in son turlardakı uğursuz çıxışına görə azarkeşlər baş məşqçini istefaya səsləyirlər.
Gəncə klubu 22 turdan sonra 14 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu - 10-cu yerdədir.