Gəncə təmsilçisi veb-agentliklə müqavilə imzalayıb. Bu haqda 26 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” PFK və "WebCoder" agentliyi arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqaviləni klubun idarə heyətinin sədri İlqar Nadiri və "WebCoder" agentliyinin rəhbəri Rəşad Qafarzadə imzalayıblar.
Tərəfdaşlıq çərçivəsində “Kəpəz” klubu üçün veb-saytın hazırlanması, təhlükəsizliyinin təşkili, hostinq və korporativ imeyl xidməti, domenin qeydiyyata alınması işləri görüləcək.