Gəncə təmsilçisinin üzvü komandadan ayrılıb. Bu haqda 3 avqust tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” PFK-nın məlumatına əsasən, Bəxtiyar Həsənalızadə klubu tərk edib. Futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Bildirilir ki, millinin üzvü ilə klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığı üçün anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.