“Kəpəz” bugünkü oyuna itkilərlə çıxacaq. Bu haqda 25 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimiz “Kapital Bank Arena”da “Sumqayıt”la qarşılaşacaq. Komandanın heyətindən Orxan Sadıqlı cəzalı olduğundan meydana çıxa bilməyəcək. Salif Sisse isə oyuna tam hazır olmadığından matçı tribunadan izləyəcək.
Xatırladaq ki, oyun bu gün saat 17:00-da başlayacaq.