“Kəpəz” klubu bugünkü oyuna itkilərlə çıxacaq. Bu haqda 4 fevral tarixində kluba istinadən məlumat veririk.
Bu gün, 4 fevral tarixində təmsilçimiz Premyer Liqa çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Üç futbolçu görüşdə meydana çıxa bilməyəcək. Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sisse isə zədəli olduğu üçün matçı buraxacaq.
Qeyd edək ki, oyuna “Kəpəz” ev sahibliyi edəcək.