“Kəpəz” bugünkü oyuna itkilərlə çıxacaq. Bu haqda 24 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimiz bu gün saat 14:00-da Gəncə şəhər stadionunda “Qəbələ” ilə qarşılaşacaq. Komandanın heyətindən Yeqor Xvalko, Elçin Əlicanov, Giorgi Kantariya və Mate Kvirkviya cəzalı olduqları üçün oyunu tribunadan izləyəcəklər.
Qeyd edək ki, matç canlı olaraq “CBC Sport” telekanalında yayımlanacaq.