“Kəpəz” yoxlama oyununda heç-heçə edib. Bu haqda 17 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimiz Serbiyanın "Novi Pazar" komandası ilə qarşılaşıb. Oyun Antalyada yerləşən "Atlantis" təlim bazasında keçirilib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, “Kəpəz” son yoxlama görüşündə Qazaxıstanın “Kaysar” komandası ilə oynayacaq.