Misli Premyer Liqasında çıxış edən Nizami yurdunun təmsilçisi kimyaçıların qonağı olacaq. Bu haqda 20 fevral tarixində xəbər veririk.
Təmsilçimiz 25 fevral saat 17:00-da “Sumqayıt” FK ilə qarşılaşacaq. “Kəpəz” səfərdə qalib gələcəyi təqdirdə “Sumqayıt” FK-nı geridə qoyaraq turnir cədvəlində 7-ci pilləyə qalxacaq.
Qeyd edək ki, təmsilçimiz son turda “Şamaxı” FK-nı 3:2 hesabı ilə məğlub edib.