Gəncə təmsilçisi yarımmüdafiəçisi ilə müqaviləni yeniləyir. Bu haqda 8 iyul tarixində Report-a istinadən məlumat veririk.
Söhbət “Kəpəz”in üzvü Ehtiram Şahverdiyevdən gedir. Bildirilir ki, futbolçu ilə 1 illik yeni sözləşmə imzalanacaq.
Xatırladaq ki, daha öncə “sarı-göylər”in iki üzvünün komandadan ayrılması barədə məlumat vermişdik.