Gəncə klubuna 3 yeni əcnəbi futbolçu qoşulacaq. Bu haqda 2 iyul tarixində İdmanxeber.az-a istinadən xəbər veririk.
Yeni mövsümə hazırlaşan “Kəpəz” bu həftə yeni legionerlərinə qovuşacaq. Komanda yalnız yerli futbolçularla hazırlığı davam etdirir. Lakin bu həftənin sonuna kimi həm müqaviləsi yenilənən legionerlər, həm də komandaya yeni cəlb olunan əcnəbi futbolçular təmsilçimizə qoşulacaqlar.
Qeyd edək ki, “sarı-göylər” Lassana N’Diaye, Karim L’Kouça və Rojerio Santosla anlaşıb.