Gəncə təmsilçisinin ilk yoxlama oyunu baş tutacaq. Bu haqda 14 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün saat 15:00-da “MTK Budapeşt”lə qarşılaşacaq. Matç “Mirakl" təlim bazasında baş tutacaq.
Bu oyundan sonra təmsilçimiz ayın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın“Kaysar” komandaları ilə üz-üzə gələcək.