“Kəpəz” üç futbolçusu ilə müqaviləni pozmağa hazırlaşır. Bu haqda 23 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Klubun İdarə Heyətinin sədri İlqar Nadirinin sözlərinə görə, idman direktoru bu məsələ ilə bağlı Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadə ilə danışır. Onların digər komandalara keçməsi və ya icarəyə verilməsi gündəmdədir. Son nəticə yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, hər üç futbolçunun "Kəpəz"lə cari mövsümün sonunadək sözləşmələri var. Onlar baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əvəzedici komandaya göndəriliblər.