Gəncənin I Divizion təmsilçisi növbəti dəfə qələbə qazanıb. Bu haqda 8 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz-2” I Divizionda 16-cı oyuna çıxıb. Komanda “Zirə-2” ilə qarşılaşıb. Oyun Gəncə şəhər stadionunda (ehtiyat meydança) baş tutub. Matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu əsas vaxta artırılan dəqiqələrdə Elnur Cəfərov vurub.