Gəncənin I Divizion təmsilçisi növbəti qələbəsini qazanıb. Bu haqda 16 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz-2” I Divizionda 17-ci oyuna çıxıb. Komanda “Turan Tovuz-2” ilə qarşılaşıb. Oyun Gəncə şəhər stadionunda (ehtiyat meydança) baş tutub. Matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu əsas vaxta artırılan dəqiqələrdə Elnur Cəfərov vurub.