Gəncə sakini polis tərəfindən saxlanılıb. Bu haqda 10 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tədbirlər keçiriblər. Nəticədə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
Stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılıblar və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.