Ölkə rəhbəri Moskvada Gəncədən bəhs edib.
Gencexeber.az məlumat verir ki, prezident Rusiyada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına qatılıb. Burada İlham Əliyev bildirib ki, Gəncə idman paytaxtı olacaq.
“Növbəti ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində olacaq. Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıq və onun keçirilməsində bizim üçün çox faydalı olacaq”, - deyə dövlət başçısı vurğulayıb.