Gəncə şəhər sakinləri saxlanılıblar. Bu haqda 5 iyun tarixində Apa-ya istinadən xəbər veririk.
Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Nəticədə Göygöl rayonunda oğurluq edən şəxslər tutulublar. Rayonun Üçtəpə kənd sakininin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən iki Gəncə şəhər sakini saxlanılıb. Həmin şəxslər Nadir Əliyev və Anar Məmmədovdur.
Araşdırmalar zamanı məlum olub ki, N.Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.