Gəncədə İcra Hakimiyyətinin əməkdaşı beynəlxalq proqrama qatılıb. Bu haqda 17 iyul tarixində quruma istinadən məlumat veririk.
Söhbət Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri Anar Əliyevdən gedir. O, İtaliyanın Tor Verqata Roma Universitetinin Dövlət satınalmalarının idarəedilməsinin beynəlxalq magistratura proqramının əyani mərhələsinin mühazirələrini uğurla tamamlayaraq növbəti mərhələyə keçib.
Qeyd edək ki, sözügedən proqramın məqsədi dövlət satınalmaları sahəsində uyğun təcrübəsi olan və bu sahədə karyera qurmaqda maraqlı olan əməkdaşları cəlb etməklə Beynəlxalq Maliyyə İnstitutları ilə birgə icra edilən layihələrdə satınalmaların müvafiq qaydalara uyğun uğurla həyata keçirilməsinə dəstək verməkdir.