Gəncədə şahmat turniri təşkil olunub. Bu haqda 16 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Turnir Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilib. Yarış üç gün davam edib. Burada həm gənc, həm də yaşlı nəsil mübarizə aparıb.
Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov mükafatlandırma mərasimində, ümummilli liderin Azərbaycana bağlılığından və idmana qayğısından danışıb. Daha sonra qaliblər diplomla təltif olunublar.