Gəncədə havanın keyfiyyət göstəriciləri açıqlanıb. Bu haqda 24 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Bu gün avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, Gəncə şəhərində havanın keyfiyyət göstəriciləri norma daxilində olmayıb. Belə ki, havada azot-4 oksidi normadan 1,3 dəfə yüksək müəyyən edilib.
Bildirilib ki, buna səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv olması və digər antropogen təsirlərdir.