Gəncədə daha bir təyinat olunub. Bu haqda Gencexeber.az-a 11 fevral tarixində məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun redaksiyamıza verdiyi məlumata əsasən, 2-ci Polis Şöbəsinin tədqiqatçısı Əli Əlizadə vəzifəsindən azad edilib. O, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Hava Limanında Xətt Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.