Gəncədə kişi özünü yandırıb. Bu haqda 15 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 37 yaşlı Fariz Faiq oğlu Həsənov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Həsənovun vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.
37 yaşlı sakinin hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.