Gəncədə İH-nin əməkdaşları təltif olunublar. Bu haqda 3 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin iki əməşdaşı - İradə Atai "Tərəqqi", Natiq Binnətov isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunublar. Gəncə şəhər icra başçısı Niyazi Bayramov həmin medalları əməkdaşlara təqdim edib. Daha sonra o, təqaüd yaşına çatan əməkdaşlar - Rəşid Əmiraslanov və İradə Ataiyə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.